Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Seyid Kamal Xərrazinin şəhadəti münasibətilə başsağlığı verib.
Başsağlığında deyilir:
بسمالله الرحمن الرحیم
انا لله و انا الیه راجعون
Bağışlayan və mehriban Allahın adı ilə
“Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” (Bəqərə surəsi 156)
Aldığım ağır xəbərə görə, uzun illər dostum və həmkarım olmuş, İslam dövlətinin sadiq xidmətçisi şəhid doktor Seyid Kamal Xərrazi Amerika Birləşmiş Ştatlarının ordusu və işğalçı sionist rejimin terror əməliyyatı nəticəsində aldığı yaralardan sonra şəhadətə qovuşmuşdur. Bu xəbər məni dərin kədər və hüznə qərq etdi.
O, uzun illər ixlasla göstərdiyi mücahid fəaliyyətindən sonra nəhayət öz şəhid həyat yoldaşına qovuşaraq adını Ramazan ayında baş vermiş müharibədə bu vətənin başıuca şəhidləri sırasına yazdırdı.
Mənim onunla tanışlığım İslam İnqilabının qələbəsindən əvvəlki illərə və mübarizə dövrünə qayıdır. Həmin illərdə o, inqilab ruhiyyəsi və qətiyyətli iradə ilə İslamın və İnqilabın böyük ideallarının həyata keçirilməsi yolunda addımlayırdı. İnqilabdan sonra da müxtəlif mühüm vəzifələrdə, xüsusilə İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyinin rəhbəri və həmçinin xarici işlər naziri kimi fəaliyyəti dövründə onun fasiləsiz səyləri, uzaqgörənliy, sədaqət və ölkəmizin müqəddəs İran İslam Respublikası dövlətinin məqsədlərinin irəli aparılması istiqamətində göstərdiyi qayğının yaxından şahidi olmuşam.
Həmçinin nazirlik dövrü başa çatdıqdan sonra Xarici Əlaqələr üzrə Strateji Şurada məsuliyyət daşıyaraq səmimi xidmət və strateji düşüncə fəaliyyətinin yeni bir mərhələsini yaratdı və özünün dəyərli təcrübələrini ölkənin yüksəlişi yolunda səfərbər etdi.
Mən bu böyük itki və bu sadiq xidmətçinin şəhadəti münasibətilə başda İslam İnqilabının Ali Məqamlı Rəhbəri olmaqla, (Allah onu qorusun) onun möhtərəm və səbirli ailəsinə, xüsusilə diplomatik xidmət orqanındakı həmkarlarımıza və qardaşlarıma, həmçinin rəşadətli İran xalqına dərin hüznlə başsağlığı verirəm.
Uca Allahdan o ali məqamlı şəhid üçün öz dərgahında yüksək məqam və ilahi övliyalarla məşhur olmağı, geridə qalanlar üçün isə səbir və əcr diləyirəm.
Səadətlə yaşadı və səadətlə vəfat etdi.
Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri
Əli Əkbər Vilayəti
Rəyiniz